Yanvar ayından Danimarkada narkotik vasitələr leqallaşdırılır

  • By admin
  • 15 Dekabr 2017 19:04

Danimarkada 1 yanvar 2018-ci ildən həkimlər tibbi məqsədlərlə xəstələr üçün marixuna və həşiş maddələrini reseptə yazmaq imkanı əldə edəcəklər.

Gununsesi.info xəbər verir ki, Danimarka Səhiyyə Nazirliyi tibbi marixuananın leqallaşması üzrə eksperimental proqramı təsdiqləyib.

Proqram 4 il müddətinə nəzərdə tutulub. Bildirilir ki, müddət başa çatdıqdan sonra bu proqramın uzadılması barədə qərar qəbul edilə bilər.

Gununsesi.info