Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

21 Yanvar 2018
20 Yanvar 2018

17 İyul 2017 - 16:26

Yanvar-may ayları ərzində qeydə alınan nikahların və boşananların sayı açıqlanıb

mehkeme-_1jpg

Bu ilin yanvar-may ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 58 217 doğulan körpə qeydə alınıb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilib.

Hesabata əsasən, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,5 təşkil edib. Doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1004-ü əkiz, 21-i üçəmdir.

Bundan başqa, bu ilin yanvar-may aylarında ölkədə 25 638 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4 təşkil edib. Eyni zamanda, bu ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 23 044 nikah və 6 207 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.

Cari ilin yanvar-may ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1078 nəfər Azərbaycana gələn, 607 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 471 nəfər təşkil edib.

Gununsesi.info