Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

14 Dekabr 2017

13 Oktyabr 2017 - 22:20

Yapon balıqları göldə yetişdiriləcək- AZƏRBAYCANDA İLK DƏFƏ

590117

Akvarium və hovuzlarda saxlanılan bəzəkli yapon balıqların Azərbaycanda ilk dəfə süni göllərdə yetişdirilməsinə başlanılıb. Salyanda yaradılan təsərrüfatda gələcəkdə bu balıqların satışı da olacaq.

Gununsesi.info xəbər verir ki, əsasən Yaponiyada yetişdiririlən və öz rəngarəngliyi ilə digərlərindən seçilən bu balıqlar respublikamızda Gəncədə hovuzlarda saxlanılsa da, onun yetişdirilməsi ilə indiyədək məşğul olan olmayıb.

Amma Salyanını Boranıkənd kəndində yaşayan, 27 yaşlı Hüseyn Əliyev ilk dəfə olaraq Azərbaycanda belə balıqların yetişdirilməsinə başlayıb. 3 ay bundan öncə 800 belə balığı 1 hektara yaxın süni gölə buraxıb.

Süni göldə yetişdirilən balıqlar gündə 2 dəfə-səhər və axşam arpa, buğda və digər yemlərlə qidalandırılır. Bir neçə ildən sonra bu balıqların hər birini 10 kioqrama qədər çatdırmaq mümkün olur. Yerli balıqlardan fərqli olaraq koyekarp balıqlarının özəl xüsusiyyətləri də var.

Hazırda 300-600 qram çəkisi olan balıqlar bir aydan sonra ilk dəfə internet vasitəsi ilə satışa çıxarılacaq. Qiymətləri isə yerli balıqlardan bir qədər fərqli olacaq. Təsərrüfat sahibi deyir ki, əgər yaxşı gəlir əldə edə bilsələr gələcəkdə sahələri genişləndirməklə daha çox bu balıqların yetişdirilməsinə üstünlük verəcək. /xezerxeber.az

Gununsesi.info





loading...