Yaponiya sahillərində 4,6 bal gücündə zəlzələ baş verib.
Gununsesi.info xəbər verir ki, Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
Yeraltı təkanların episentri Namiye şəhərindən 32 km cənub-şərqdə, ocağı isə 35 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.