“Yaranmış gərgin durum hər an şiddətli müharibəyə çevrilə bilər” - DEPUTAT

  • By admin
  • 27 Fevral 2017 11:42
elman
Cəbhə bölgəsində yaranmış gərgin durum hər an şiddətli müharibəyə çevrilə bilər.
 Bunu Gununsesi.info-ya açıqlamasında  Xocalıdan olan millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə,  hazırda iki ordu Azərbaycan torpağında üz-üzə dayanıb:
“Azərbaycan ordusu  öz torpaqlarını qoruyur və işğalçı erməni ordusundan öz torpaqlarını təmizləmək istəyir.  Belə bir vəziyyətdə   iki ordu arasında  gərginliyin yaranması  gözləniləndir və  hətta, istənilən anda şiddətli müharibə alovlana bilər. Bu, gözləniləndir”.
 Millət vəkili əlavə edib ki,  bu vəziyyət o vaxta qədər davam edəcək ki, torpaqlarımız işğaldan azad olunacaq və düşmən ordusu torpaqlarımızı tərk edəcək.
“Ondan sonra  sülhdən və yaxud, dayanaqlı sülhdən, atəşkəsdən, etimaddan danışmaq olar. Nə qədər ki, ərazilərimiz işğal altındadır, heç zaman dayanıqlı atəşkəs olmayacaq”- deyə, o, qeyd edib.
E.Məmmədov onu da deyib ki, Ermənistan  hakimiyyəti öz siyasi,  hərbi və digər sahələrdəki uğursuzluğunu, eyni zamanda, Azərbaycanın üstünlüyünü  ört-basdır edib, özlərinin ciayətkar hakimiyyətlərinin ömrünü uzatmaq,  status-kvonu  saxlamaq üçün vaxtaşırı  belə təxribatlara əl atır.
“Onlar da cavablarını yüksək səviyyədə alırlar. Dünən Xankəndindən olan bir erməni  qadın sosial şəbəkədə  cəbhə bölgəsində yaranmış vəziyyəti bölüşüb və erməni mediası da onun  açıqlamasını yayıb.  Xankəndindən olan qadın sosial şəbəkədə  ermənilərin 70-dən artıq itki və onlarla yaralı verdiyini yazıb.  
İşğal davam etdikcə erməni ailələri hər gün belə meyit və yaralı alacaq. Təbii ki,  biz tərəfdən də itkilər olacaq və bu, qaçılmazdır. Çünki müharibədir və ordu üz- üzə dayanıb. Ancaq  ermənilərin itkiləri bizim itkilərdən qat-qat artıqdır”- deyə, millət vəkili vurğulayıb.
Yaranmış gərgin vəziyyətdə  beynəlxalq aləmi  və ATƏT MQ-nin biganəliyinə, susqunluğuna  görə, ittiham edən millət vəkili  bildirib ki, susqunluq onların onların köhnə şakəridir:
“Əslində beynəlxalq təşkilatlar, BMT və ATƏT  və sairə, bunlar əksinə,  bu işğala  fitva verən və ermənilərin ilhamverciləridir. Onlar nə etdiklərini bilirlər”.
Millət vəkili sonda bildirib ki, ancaq onlar bir zaman çox peşiman olacaqlar:
“Onların bu hərəkətləri sonda Ermənistana baha başa gələcək.  Beynəlxalq təşkilatların, xüsusən də, ATƏT-in Minsk qrupunun bu hərəkəti sonda Ermənistanı bir dövlət olaraq məhvə gətirib çıxaracaq”.
Mürtəza
Gununsesi.info