Yardımlıda narkotik alverçisi tutuldu

  • By admin
  • 27 Mart 2017 20:29

dollar-narkotik-300x224

 

Yardımlı rayonunda keçirilən əməliyyat-axtarış tədbirləri zamanı narkotik alverçisi saxlanılıb.

APA-nın verdiyi məlumata görə, rayonun Zevin kənd sakini, 1978-ci il təvəllüdlü Mirzəyev Əliğa Mədətxan oğlunun üzərinə baxış zamanı 100 qram heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Fakt üzrə cinayət işi başlanıb, saxlanılan şəxsin narkotik vasitəni haradan və kimdən alındığı araşdırılır.

 

Gununsesi.info