Yardımlıda tibb məntəqəsi yanıb

  • By admin
  • 22 İyun 2017 09:56

neft terminali yangin

Yardımlı rayonunda yerləşən tibb məntəqələrinin birində güclü yanğın olub.

Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Köryədi kəndində ümumi sahəsi 70 m2 olan kənd tibb məntəqəsinin dam örtüyü və tavanı 45 m2 sahədə yanıb. Tibb məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar

Gununsesi.info