Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

12 Dekabr 2017

21 Sentyabr 2017 - 15:38

Yas mərasimlərindəki israfçılığın qarşısı radikal addımlarla alınacaq
 yas merasimi
Azərbaycanda yas mərasimlərindəki israfçılığın qarşısını almaq məqsədilə radikal addımlar atılacaq.
Gununsesi.info-ya daxil olan məlumata görə, artıq bununla bağlı müvafiq orqanlarla razılıq əldə olunub.
Məlumatda bildirilir ki, yas mərasimlrindəki israfçılığın aradan qaldırılması üçün Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq tövsiyyələr verilsə də, yerlərdə həmin tövsiyyələrin icrası təmin edilmir. Bu səbəbdən qərara alınıb ki, yas mərasimlərindəki israfçılığı aradan qaldırmaqdan ötrü radikal addımlar atılsın. Görüləcək tədbirlərə müvafiq icra strukturları, yerli idarəetmə orqanları, eləcə də hüquq mühafizə orqanlarının cəlb olunacağı nəzərdə tutulur. İlkin məlumata görə, yas mərasimləri zamanı xəbərdarlıq nəzərə alınmayacağı tədqirdə təşkil olunacaq işçi qrupu süfrədən artıq ərzaq məhsullarının yığışdırılmasını təmi edəcək. 
Gununsesi.info




loading...