Yas mərasimində insident - MƏŞHUR HƏKİMİN OĞLU BIÇAQLANDI

  • By admin
  • 09 Yanvar 2018 22:56

Qaxda yas yerində faciəvi hadisə baş verib. Hadisə rayonun Qaxbaş kəndində olub.

Gununsesi.info Sputnik Azərbaycan-a istinadən bildirir ki, kənd sakini Qoqida Okrocanaşvili həmkəndlisi Amiran Suqaşiviliyə  boğaz nahiyəsindən 4 bıçaq zərbəsi endirib. Hadisə Amiranın bibisinin tabutunu götürən zaman baş verib. Kənd sakinlərinin dediyinə görə, hadisə şəxsi ədavət zəminində baş verib. Bıçaqlanan şəxs təcili olaraq Gürcüstana aparılıb.

Qeyd edək ki,  A.Suqaşivili rayonun məşhur həkimi Rezo Suqaşivilinin oğludur.

Faktla bağlı Qax rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Gununsesi.info