Yasamalda yaşayış binasında yanğın olub

  • By admin
  • 29 May 2017 16:55

neft terminali yangin

 

Bakının Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın pilləkən qəfəsinin 3-cü mərtəbəsində yerləşən elektrik lövhəsində 8 ədəd elektrik sayğacı yanıb.

Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Gununsesi.info