Yaşayış evində partlayış baş verdi, xəsarət alan var

  • By admin
  • 26 Oktyabr 2016 00:44

big_1422189326_part

Gəncədə yaşayış evinin vanna otağında qaz sobası partlayıb.

Gununsesi.info-nun APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə hadisə şəhərin Mahrasa Bağı adlanan yaşayış massivində yerləşən binada qeydə alınıb. Orada yaşayan Elçin Nağıyev yaşadığı evin vanna otağında çimərkən qaz sobası partlayıb və o yuxarı ətrafın 1-2 dərəcəli termiki yanıq xəsarətləri alıb. E. Nağıyev dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir.

Gununsesi.info