Yaxın günlərdə böyük əfv sərəncamı imzalanacaq  – OQTAY ƏSƏDOV

  • By admin
  • 23 Fevral 2018 12:20

“Əfv sərəncamının imzalanması Prezident İlham Əliyevin səlahiyyətindədir”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

Spikerin sözlərinə görə hazırda əfv sərəncamının verilməsi ilə bağlı Əfv komissiyasının iclasları keçirilir. “Düzdür, bu prezidentin səlahiyyətində olan məsələdir. Lakin yaxın günlərdə əvvəlki sərəncamlarından fərqli daha çox sayda insanı əhatə edən Əfv sərəncamı gözlənilir”.

Mürtəza

Gununsesi.info