Yay futbol düşərgəsi fəaliyyətə başlayıb

  • By admin
  • 21 İyun 2017 15:24

05

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) kütləvi futbolun, xüsusilə də uşaq futbolunun təbliği və məktəblilərin yay tətilllərinin səmərəli təşkili məqsədilə “Yay Futbol Düşərgələri”-nı təşkil edir.

AFFA-dan Gununsesi.info-ya verilə məlumata görə, iyun və iyul ayları ərzində ümumilikdə, 4 düşərgə təşkil olunacaq.

Belə ki,birinci kamp artıq başlayıb və 23 iyun tarixinədək davam edəcək. Kamplar AFFA-nın kütləvi futbol departamenti və B kateqoriyalı məşqçilər tərəfindən idarə olunur.

Kamplar Mərdəkanda yerləşən AFFA məşq mərkəzində keçirilir və iştirakçılar nəqliyyat vasitəsilə təmin olunurlar.

Qeyd edək ki, kamplarda 2006-2008-ci il təvəllüdlü oğlan və qızlar iştirak edə bilər. Hazırda qeydiyyat davam edir və yerlər məhdud saydadır.

Anar

Gununsesi.info