XƏBƏR LENTİ

22 Avqust 2017

12 Avqust 2017 - 13:25

Yayda 2 metrdən çox qar yağdı- FOTOLAR

572125

İsveçrədə qızmar istilərin yerinə anormal qış gəlib.

Gununsesi.info-nun milli.az-a istinadən verdiyi məlumata görə, avqustun 11-də İsveçrədə bir neçə saat ərzində 2 metrdən çox qar yağıb.

İsveçrədə bir neçə həftə davam edən qızmar istilərdən sonra əsl qış gəlib. Ölkənin qərb, cənub və şərq hissələrinə çoxlu qar yağıb. Dağlarda, 1900-2200 m yüksəkliklərdə qar yağışı fırtınaya çevrilib.

Məsələn, İsveçrənin cənub-qərbində yerləşən Arola qəsəbəsində səhər yuxudan turistlər pəncərədən baxanda nağılvari mənzərənin şahidi olublar.

Sinoptiklərin sözlərinə görə, ölkədə avqustun 9-dan başlayan soyuq hava hələ bir neçə gün də güclü yağışlarla davam edəcək.

Gununsesi.info




loading...
Loading...