“Yenə başlayıblar “çatı aday”, “qapı aday”, amma bilsinlər ki…” - YILDIRIMDAN "HAYIRÇI"LARA SƏRT SÖZLƏR

  • By admin
  • 21 May 2017 23:37

binali-edro-3-konqre

Xəbər verildiyi kimi, bu gün Türkiyənin hakim partiyası olan AKP-nin 3-cü növbədənkənar qurultayı keçirilib və qurultay iştirakçılarının hamısının səsverməsi ilə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan yenidən adıçəkilən partiyanın genəl başqanı seçilib.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, eyni zamanda, qurultaya HDP-dən savayı Türkiyədə fəaliyyət göstərən bir sıra partiyaların, o cümlədən, CXP və MHP-nin də rəhbərliyi dəvət olunub.

Ancaq digər partiyalardan fərqli olaraq, CXP rəhbərliyi qurultay dəvətini qəbul etməyib və heç bir təmsilçisini göndərməyib.

Bu isə AKP-də narazılıq yaradıb.

Ərdoğan çıxışında bu haqda heç nə deməsə də, ancaq baş nazir Binəli Yıldırım CXP-nin bu hərəkətini tənqib edib.

Eyni zamanda, CXP-nın “çatı aday” axtarışında olduğunu qeyd edərək, “istər “çatı aday” olsun, istər “qapı aday” olsun, söz xalqındır” – deyib və adıçəkilən partiyanın “ana müxalifət” sayılmasının düzgün olmadığını bildirib.

“Daha indidən Cümhurbaşqanı adayı arama dərdinə düşmüşlər. Yenə tutdurmuşlar, “çatı aday”, “qapı aday”… Siz öncə təməlinizi sağlamlaşdırın, çünki təməli olmayanın çatısı da olmaz, qapısı da olmaz. Bilsinlər ki, bu əziz millət onun qərarına saygı göstərməyənlərə, gönül qapısını da, çatısını da, bacasını da qapadır”-deyə, o, sözlərinə əlavə edib.

Onu da qeyd edək ki, AKP genəl başqanlığından getsə də, Yıldırım partiyanın genəl başqan vəkili və qrup başqanı vəzifəsini icra edəcək.

O, eyni zamanda, partiyanın yenidən formalaşdırılan ən üst qurumunda- MKYK-sında təmsil olunacaq.

KAMİL

Gununsesi.info