XƏBƏR LENTİ

15 Dekabr 2017

06 Dekabr 2017 - 17:30

“Yeni nazir təhsilin problemlərini bilən adam olmalıdır”- ŞAHLAR ƏSGƏROV MİKAYIL CABBAROVUN FƏALİYYƏTİNDƏN DANIŞDI

Milli Məclisin elm-təhsil məsələləri komitəsinin sabiq sədri, professor Şahlar Əsgərov Gununsesi.info-ya açıqlamasında dünən vəzifəsindən azad olunan Mikayıl Cabbarovun fəaliyyətini dəyərləndirib.

Saytımıza açıqlamasında Şahlar Əsgərov bildirib ki, Mikayıl Cabbarovun nazir təyinatından sonra təhsildə bir sıra yeniliklər baş verib: “Mikayıl Cabbarov məktəbi müəllimin daimi iş yerinə çevirdi. Saxta diplomlara göz yummadı. Rüşvəti dayandırdı. Bəzən qeyri standart qərarlar qəbul etdi. Bir çox universitetlərimiz yaxşı mənada çox dəyişdi. “Narxoz” UNEC-ə çevrildı. Təhsilin keyfiyyətində müsbət dəyşiliklər baş verdi. Bunu beynəlxalq təşkilatlar da təsdiq edir”.

“Yeni nazir hansı keyfiyyətlərə sahib olmalıdır?” sualına isə professor belə cavab verib: “Yeni nazir, təhsilin problemlərini bilən olmalıdır. Ancaq ondan da mühüm bir şərt var: ictimai mənafeni (dövləti mənafeni) şəxsi mənafedən üstün tutmağı bacarmalıdır. Təhsil müəssisələrinə obyekt kimi baxmamalıdır”.

Gununsesi.info