“Yeni neyron interfeys mətni beş dəfə sürətli çap edəcək” - MARK SUKERBERQ

  • By admin
  • 28 Aprel 2017 07:17

mark-sukerberg

“Facebook” yaradıcısı Mark Sukerberq sosial şəbəkə üçün hazırda insanların telefon vasitəsilə çap etdikləri mətni beş dəfə sürətli yığmağa imkan verəcək neyron interfeys üzərində aparılan iş barədə məlumat verib.

Gununsesi.info “ICTnews”a istinadən xəbər verir ki, insan beyninin gücü eyni anda “HD” formatında 4 filmi göstərməyə imkan verən çoxlu informasiya emal edir. Mark Sukerberqin sözlərinə görə, hətta ətraf dünya ilə ən yaxşı ünsiyyət vasitəsi hesab edilən nitq beynin məhsuldarlığına cavab vermir. Sosial şəbəkə təsisçisi nitqi 1980-ci illərin modemi ilə müqayisə edib. “Beyin vasitəsilə “Bəli” və “Xeyr” arasında sadə seçim belə əlavə reallıq hissini tam fərqli edəcək”, – o qeyd edib.

“Facebook HQ” şirkətinin mühəndisi Regina Duqan hazırda şirkətin iki layihə üzərində çalışmasını əlavə edib. “Onlardan biri əsəb siqnallarının nitqə çevrilməsinə həsr olunub. Gələcəkdə “Facebook” nitq qüsurlu xəstələr üçün danışıq protezi və ya sağlam insanlar üçün adi ünsiyyət aləti yarada bilər. Qurğu kənar, qeyri-invaziv ötürücülər əsasında yaradılır. İkinci sistem eşitmə aparatı kimi işləyərək səsi deyil, toxunuşla duyulan hissləri çevirəcək”, – xanım mühəndis vurğulayıb.

İl yarım əvvəl ideya mərhələsində olan layihələr üzərində hazırda bir neçə universiteti təmsil edən 60-dan çox mütəxəssis çalışır.

Gununsesi.info