Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

16 Yanvar 2018

16 İyul 2017 - 22:26

Yeni pilotsuz uçuş aparatı “Caihong-5”i sınaqdan çıxarıldı

çinnn-1

Çin yeni pilotsuz uçuş aparatı “Caihong-5”i (“Göy qurşağı”) sınaqdan çıxarıb. Kəşfiyyat və müşahidə aparmaq, habelə hədəfləri müəyyənləşdirərək zərbə endirmək məqsədi ilə yaradılan aparat bir tona qədər yük daşımaq gücündədir.

Gununsesi.info-nun xəbərinə görə, “Caihong-5” ilk dəfə ötən il Cuxay şəhərində aviasiya sərgisində ictimaiyyətə təqdim olunub. Çinin Aerokosmik Aerodinamika Akademiyası alimlərinin layihələndirdikləri aparatın maksimal uçuş məsafəsi 10 min kilometr, havada qalma müddəti isə 60 saatdır.

Akademiyanın mütəxəssisləri hesab edirlər ki, “Caihong-5” pilotsuz uçuş aparatı dünyada ən yaxşısıdır. Aparat həm də mülki məqsədlər üçün də istifadə oluna bilər.

Gununsesi.info