Yevlaxda 32 yaşlı şəxsi elektrik cərəyanı vuraraq öldürüb

  • By admin
  • 20 Yanvar 2018 18:22


Yevlax sakinini elektrik cərəyanı vurub.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Tanrıqullar kəndində baş verib.

1986-cı il təvəllüdlü kənd sakini Elton Bəhram oğlu Məmmədovu elektrik cərəyanı vuraraq öldürüb. Hadisəyə elektrik naqili ilə ehtiyatsız davranma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info