Yevlaxda qumbara partladı - ÖLƏN VAR

  • By admin
  • 21 İyun 2017 18:30

qumbara_95

Əlində qumbara partlayan Yevlax sakini ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Yevlax rayon Prokurorluğu məlumat yayıb. Belə ki, iyunun 21-də Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Mustafayev Tural Süləddin oğlunun rayon ərazisində istifadəsiz tikilidə ilkin ehtimala görə əl qumbarasının partlaması nəticəsində ölməsi faktına görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Gununsesi.info