Yığmamız bu gün növbəti oyununu keçirəcək

  • By admin
  • 17 Yanvar 2017 11:30

unnamed (1)
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün 9-12-ci yerlər uğrunda mərhələdə Estoniya komandası ilə qarşılaşacaq.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytına istinadən xəbər verir ki, Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

Anar

Gununsesi.info