Yıldırım başqan vəkili oldu, Ərdoğanın 3 yeni müavini təyin edildi: AKP-NİN 2019-CU İL SEÇKİLƏRİ İLƏ BAĞLI “A TAKIMI” FORMALAŞDIRILIR

  • By admin
  • 29 May 2017 20:22

erdogan

998 gündən sonra yenidən  AKP-yə genəl başqan sifətində qayıdan cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bu gün yerli saatla 14-00-da keçirilməsi gözlənilən MKYK toplantısına bir saat yarım öncə qatılıb.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, bu gün AKP genəl mərkəzində baş tutan MKYK toplantısında Merkezi Yönetim Kurulunun (MYK) tərkibinin formalaşdırılması  və 2019-cu il prezident seçkiləri ilə bağlı hakim partiyanın  “A takımı”nın müəyyənləşdirilməsi yönündə müzakirələr aparılıb.

Bu müzakirələr isə Ərdoğanın özünün istəyi ilə baş verib.

Toplantıdan sonra verilən məlumata görə isə baş nazir-sabiq genəl başqan Binəli Yıldırım partiyanın ikinci şəxsi olub, yəni, başqan vəkili təyin olunub.

Eyni zamanda, AKP-nin yeni 3 genəl başqan yardımçısı təyin edilib.

Onu da qeyd edək ki, sabah Ərdoğanın sədrliyi ilə AKP-nin qrup topnlanısı keçiriləcək.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info