Yollardakı çuxurlara maraqlı etiraz forması - HÖKUMƏTİN İŞLƏMƏSİ ÜÇÜN QIZLAR SOYUNUB YOLA UZANDILAR - FOTOLAR

  • By admin
  • 27 Mart 2017 21:11

litva etiraz2

Litvada bir qrup aktivist aidiyyatı qurumların, eləcə də media və ictimaiyyətin ölkədəki pis yol şərtlərinə diqqəti çəkmək üçün maraqlı etiraz forması seçiblər.

Gununsesi.info sozcu.com.tr-yə istinadən xəbər verir ki, özlərini “Z999” kimi təqdim edən qrup üzvləri Litvada yağışlardan sonra yaranan və bələdiyyələrin əməmiyyət vermədiyi yollardakı çuxurlara “absurd” hərəkətlə etiraz ediblər.

Belə ki, çuxurların yanında çimərlik geyimləri ilə günəş vannası qəbul edən, balıqçı qiyafəsində balıq tutan aktivistlər hökuməti, müvafiq qurumları bu yolla vəzifələrini icra etməyə dəvət ediblər.

“Litvalılar artıq yollardakı çuxurlardan bezib” deyən “Z999” qrupunun üzvləri hesab edirlər ki, bu üsulla onlar həm insanları güldürür, həm də aidiyyatı orqanlara daha təsirli ismarıc göndərmiş olurlar.

litva etiraz

litva etiraz3

Gununsesi.info