Yoqa sevənlərə müjdə - XÜSUSİ MƏKTƏB AÇILDI

  • By admin
  • 24 Sentyabr 2017 13:40

yoqa-4

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Klassik Yoqa Məktəbi”nin açılış mərasimi keçirilib. 

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, mərasimdə çıxış edən DTX rəisi, general-leytnant Mədət Quliyev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin uğurla apardığı siyasətin nəticəsində bütün sahələrdə inkişaf var.

MM. Quliyev deyib ki, yoqa nə idman, nə də siyasət deyil, sadəcə, sağlamlıq üsuludur: “Azərbaycan prezidenti əhalinin sağlamlığı üçün əlindən gələni edir və bu da o sahədə atılan addımlardan biridir”.

Hindistanın Azərbaycandakı səfiri Sanjay Ranan çıxışında “Yoqa”nın sirrləri barədə danışıb. O, Azərbaycanda “Yoqa” dərslərinin öyrədilməsindən məmnunluğunu ifadə edib.

Qeyd edək ki, Yoqa dərsləri üzrə müəllim Beynəlxalq Şivanada Yoqa Vedata Mərkəzində Polşada təhsil almış “Yoqa Şiromani” tituluna və diplomuna sahib olan Elçin Quliyevdir.

Dərslər həftənin I, III və V günləri keçiriləcək.

yoqa-2

 

yoqa-3

 

yoqa-4

 

yoqa-6

Gununsesi.info