XƏBƏR LENTİ

18 Fevral 2018
17 Fevral 2018

18 Yanvar 2018 - 14:48

“YouTube” spamer və təqlidçilərə qarşıMÜBARİZƏ APARACAQ

“YouTube” video hostinq platformasının administrasiyası vicdansız bloqerlər barəsində yürüdülən siyasəti sərtləşdirməyi planlaşdırır. Bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib.

Gununsesi.info “ICTnews”a istinadən xəbər verir ki, yeni qaydalar, əsasən, dərc edilən məzmundan əldə olunan pula qarşı qoyulmuş tələblərə təsir göstərəcək. Məsələn, bloqer əməkdaşlıq proqramına onun kanalının baxış sayı son 12 ayda 4 min saat və ən azı 1000 abunəçisi olduğu halda qoşula biləcək. Bu tədbirlər vicdansız bloqerlərin pul qazanaraq video hostinqin  başqa istifadəçilərinin gəlirlərinə müdaxilə etməsinin qarşısını alacaq.

Yeni qaydaların 20 fevral tarixindən qüvvəyə minəcəyi gözlənilir. Bu, çoxlu sayda kanalın işinə təsir edəcək.

Gununsesi.info