VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Avqust 2017
BE ÇA Ç CA C Ş B
« İyl    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

XƏBƏR LENTİ

18 Avqust 2017
17 Avqust 2017

10 Avqust 2017 - 20:10

“YouTube” üçün rəqib gəldi –“Facebook”un yeni layihəsi

image25303398817777jpg
“Facebook” şirkəti tərəfindən yeni təqdim edilən “Watch” xidməti “YouTube”un analoqu olacaq.

Gununsesi.info ICTnews-a istinadən xəbər verir ki, “Facebook” sözügedən servisi ciddi inkişaf etdirmək və televiziya ilə rəqabət aparmaq niyyətindədir.

“Facebook Watch” servisi istifadəçilərə şirkətin öz pulu hesabına yaradılacaq eksklüziv məzmun təqdim edir. Həm müəyyən verilişlərə, həm də bütün hazırlanan çarxlara abunə əlçatan olacaq. Bundan başqa, gənc müəlliflər yeni auditoriya cəlb edə və öz məhsulunu inkişaf etdirə, cəmiyyətlər yarada və çarxlardan pul qazana biləcəklər.

Bü gündən etibarən yeni xidmət ABŞ-da məhdud sayda istifadəçilər üçün əlçatandır və gələcəkdə bütün dünya üçün əlçatan olacaq.

İnternetdə yüksək rəqabətli olan video bazarı “Facebook” üçün yeni gəlir mənbəyi olacaq. Eksklüziv partnyorlar reklamdan əldə edilən gəlirin 55%-ni alacaqlar.

Artıq şirkət “Vox Media”, “BuzzFeed”, “ATTN”, “Group Nine Media” və başqaları ilə əməkdaşlıq etməyə başlayıb. Yeni xidmət üçün “National Geographic”in verilişləri, qadın milli basketbol assosiasiyasının çarxları, amerika beysbol liqasının oyunları və valideynlər üçün şou hazırdır.

“Facebook” şirkəti yeni xidmətini istifadəyə verməklə yalnız “YouTube” ilə deyil, həm də “Netflix”, “Disney” və başqa genişmiqyaslı platformalarla rəqabət aparmalı olacaq.

Gununsesi.info




loading...
Loading...