Yük maşını daş hasara çırpıldı, sürücü öldü

  • By admin
  • 24 Fevral 2017 21:04

yollllllllllllllllllllllllllllllllll

Saatlıda ağır yol qəzası baş verib.

Gununsesi.info-nun məlumatına görə, hadisə Saatlı rayon mərkəzində qeydə alınıb.

Bakı sakini, 1963-cü il təvəllüdlü Əliyev İlham Yusif oğlu idarə etdiyi “KamAZ” markalı 10 LB 963 dövlət nömrə nişanlı yük maşınını yol kənarındakı dirəyə çırpıb.

Hadisə nəticəsində sürücü ölüb.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Gununsesi.info