Yunanıstana qaçan qiyamçılar geri qaytarılmır

  • By admin
  • 08 Dekabr 2016 18:15

mehkeme

Bu gün Türkiyədən Yunanıstana qaçan daha 2 əsgərin geri verilməməsi haqqında qərar qəbul olunub.

Gununsesi.info “Miliyyet” qəzetinə istinadən xəbər verir ki, Afina Apellyasiya Məhkəməsi Yunanıstana qaçan – ikisi mayor, biri kapitan, beşi isə əsgər olmaqla, Türkiyənin 8 hərbçisindən daha 2 əsgərin Türkiyəyə verilməməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, bir neçə gün öncə Afina Apelyasiya Məhkəməsi 15 iyul dövlət çevrilişinə cəhddən sonra Yunanıstanın Dədəağac (Aleksandropolis) şəhərinə qaçan 8 türkiyəli hərbçidən 3-nün Türkiyəyə ekstradisiya etməmək barədə qərar qəbul etmişdi. Amma verilən qərardan qısa bir müddət sonra Yunanıstan hökuməti əsgərlərin geri qaytaracağını bəyan etmişdi.

Yunanıstanın Baş naziri Aleksis Tsipras Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı zamanı bildirmişdi ki, qiyamçıların Türkiyəyə təhvil verilməsi üçün nə lazımdırsa, ediləcək.

Anar

Gununsesi.info