VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

20 Sentyabr 2017

26 İyul 2017 - 18:08

Zəhra yaşda iki südəmər- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

leman

Onları qatarın altına kim atdı. Anası, yoxsa…?

Bu gün də sosial media iki körpəsi ilə özünü qatarın altına atan şəmkirli qadının faciəsi ilə sarsıldı. Sizi bilmirəm, mən bu xəbərdən müvazinətimi itirdim.

Sonuncu dəfə balaca Zəhra öləndə bunu yaşamışdım. İndi Zəhra yaşda iki südəmərdən gedirdi söhbət. Sanki mənim də üstümdən bir qatar keçdi.

Tak-tak, tak- tak…tak-tak….Və yerdə bir yığın qanlı ət parçası qaldı. Sonra bu qanlı parçalar birləşib bir ailə tablosu yaratdı. O tabloda 22 yaşlı gənc ana iki körpəsini sürətlə gələn qatara doğru sürüyür. Dərhal xəbəri yeniliyib uşaqların yaşı ilə maraqlanıram. Ürəkdən arzulayıram ki, uşaq bu dəhşətli cinayətin (bəli, məhz cinayətin) mahiyyətini dərk edəcək yaşda olmasın. Sanki belə olsa, onlar ağrını hiss etməyəcək, eləcə quş kimi uçub gedəcəklər. Çünki balacaların qatardan necə qorxduqlarını yaxşı bilirəm.

Metro qatarının səsindən mənimkilər həmişə qorxar, az qala boynuma dırmaşardılar. Bəs o zaman bu tifillər? İlahi, axı onlardan biri cəmi-cümlətanı 10 aylıqdır?!. Körpə Səma maddi dünya ilə əlaqələrinin bir neçə saniyə sonra kəsiləcəyini və bəxtəvərcəsinə səmadan gülümsəyəcəyini dərk edəcək yaşda deyil –deyə özümə təsəlli verirəm.

qatar

Bəs 3 yaşlı Sənan? O yüz faiz anasına yalvarıb: “Ana, mən qataydan qoyxuyam deyib”. Bağırıb-çığırıb, anasının əlindən dartınıb, çıxmaq istəyib. Amma bacarmıyıb…

Gerisini yazmağı mən də bacarmıram əziz oxucular. Bir ananın necə daş qəlbli olduğunu da iddia etmirəm. Övladının ayağına tikan batmasını istəyən bir ana gördünüzmü heç? Mən görmədim. Günü bu gün də bizim ən həssas nöqtəmiz övladlarımız deyilmi? “Allah mənə övlad dağı göstərmə” deyə gecə-gündüz Yaradana dua etmirikmi? Üstlərində yarpaq kimi əsmirikmi? Birinin bir balaca hərarəti olanda həyəcandan tir-tir titrəmirikmi, ürəyimiz az qala ağzımızdan çxmırmı? Əminəm, bu hamıda belədir.

Bəs onda necə olur ki, bir ana iki körpəsini də özü ilə ölümə sürükləyir? Deməli yorulub, deməli bezib. Ehtiyacdan, maddi çətinliklərdən, sevgisizlikdən, diqqətsizlikdən, ərinin bibisindən, bibisinin ərindən, hər şeydən, hər kəsdən bezib. Ona görə də son çarəni, rahatlığı ölümdə görüb. Balalarını da özüylə ona görə aparıb ki, nazını da o biri dünyada özü çəksin. Çünki yaxşı bilir ki, ərinin ona analıq edə bilməyən bibisi balalarına da ana ola bilməyəcək.

Bütün hallarda dəhşətli faktdır. Təkcə ömrümüzün mənasız adamlarla mənasız mücadilədə keçdiyini xatırlatmır, həm də Tolstoyu, onun zamanını xatırladır. Anna Kareninanı xatırladır. Anna Karenina da özünü qatarın altına atmışdı. O da sevgisizdi, onu da başa düşən, anlayan yoxdu. Amma o balasına qıymadı, günahsız bir uşağı öz günahlarına ortaq eləmədi. Ürəyimdən “Allah bu ananın da günahlarını bağışlamasın” demək keçir. Amma deyə bilmirəm.

Çünki, körpələri var. Onlar cənnətdə, o cəhənnəmdə…? Istəyirəm heç olmasa haqq dünyasında onların əlini buraxmasın.

Demirlərmi ki, cənnət anaların ayaqları altındadır?!

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info




loading...
Loading...