VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

17 Oktyabr 2017
16 Oktyabr 2017

09 Yanvar 2017 - 16:57

Zəlimxan Yaqubsuz 1 il-LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

leman

Ölümündən hardasa yeddi-səkkiz ay əvvəl idi.  Mədəniyyət və İncəsənət Universitetinin aşıq yaradıcılığı kafedrası onun tələbələrlə görüşünü təşkil etmişdi. Həm 65 yaşın təbrikini çatdırmaq, həm də şairin səhhəti ilə maraqlanmaq üçün Zəlimxan Yaqubla görüşə mən getməli oldum. Bir böyrəyi ilə Türkiyədə, o biri böyrəyi ilə  Almaniyada vidalaşan şairin uzun müddətdir ki,  böyrəksiz yaşadığını  və həftədə üç dəfə dializ aparatına qoşulduğunu  bilirdim. Hətta bir dəfə onu xroniki böyrək çatışmazlığından əziyyət çəkən  xəstələr ilə bağlı süjetimin qəhrəmanı kimi də çəkmək istəmişdim.Amma həkimi bildirmişdi ki, Zəlimxan Yaqub dializ almağı ilə barışmaq istəmir, o heç vaxt bu mövzuda müsahibəyə razı olmayacaq. Təkid etməmişdik, onsuz da ağrı acılarını, xəstəlikdən nə çəkdiyini  vaxtaşırı şerlərindən bilirdik.

Bütün ağrıların dadını bildim

Bütün dərmanların adını bildim

Bütün insanları süzdüm, ələdim

İndi də şair  qarşısında mikrafonla dayanan müxbiri  maraqla süzürdü. Mən isə başdan –ayağa onu süzdüm. Gözümün qabağına 1996-1998-ci illərin parlament iclasları düşdü. Deputat Zəlimxan Yaqubun gur-gur gurlayan çıxışlarını xatırladım. O adətən  iclasda yox, foyedə danışardı. Jurnalistlərlə arası saz idi, hər mövzuda fikir bildirməyə çalışar,  təbii gələndə şer də deyər, eynimiz açılardı.

zelimxan-yaqub

Yanağın güldən zərif,

Belin telindən incə.

Dilin sözündən şirin,

Sözün dilindən incə.

Sən mənim nəzərimdə,

Dünyanın ən gözəli,

Çin qızı , Çin gözəli.

İndisə rəngi Çin gözəlinin əynindəki qumaş kimi sapsarıydı şairin. Böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin çöhrəsində sarı rəng birmənalı sezilir. Mən isə şairin bu dünya ilə əlaqələrinin sonuna gəldiyini maksimum ona sezdirməməyə çalışdım. Maşallah, yaxşı görünürsüz-dedim. Bəlkə də səmimi olmadığımı hiss elədi, həkimlərin belə düşünmədiyini bildirdi. Həkimlər nə deyir?-deyə soruşdum. Deyirlər böyrəyin sağalmayacaq, bədəndə problem var, böyrək qoymaq mümkün deyil. Sözlər az qala boğazında düyünləndi, səsi batdı sanki.

Soraq itər, sirr gizlənər, söz batar

Günəş doğar, əzizlənər, tez batar

Ay Zəlimxan, diş tökülər, üz batar

Qurduğunu bir bir sökən dünyadır

Son iki misranı mənə qoşulub o da dedi. Dünyanın işi belədir, bir gün gələn, bir gün gedir. Sonra onu 50 yaşının kadrlarına nisgillə baxan gördüm. Tələbələrə nümayiş etdirilən  kadrlar bir insanın, bir Şairin həyat yoluydu  və mənə elə gəldi ki, 15 ildə sanki bir 50 yaş da yaşamışdı Zəlimxan Yaqub. Bu görüşdən bir neçə ay sonra Zəlimxan Yaqubu itirdik.

Onunku (mənimki) söz qəsri, söz qalasıdı

Söz Babək qalası, Bəzz Qalasıdı,

Qalsa Zəlimxandan söz qalasıdı.

Yatanda kəfənin, bezin içində.

Yerin behişt olsun, sözü yadigar qoyub gedən şair! Allah günahlarını bağışlasın.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info

 




loading...
Loading...