Zabratda dəhşətli qəza

  • By admin
  • 14 Fevral 2017 10:12

qeza

Bu gün səhər saatlarında Zabrat-Maştağa yolunda baş vermiş zəncirvari qəza nəticəsində minik avtomobillərindən biri körpüdən aşıb. Trend-in məlumatına görə, hadisə zamanı 2 nəfər – 1992-ci il təvəllüdlü Vəliyev İsaq Şahvələd oğlu və anası 1972-ci il təvəllüdlü Vəliyə Sahilə İbrahim qızı hazırda 3 saylı şəhər xəstəxanasına yeləşdiriliblər.

X X X

Paytaxtda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, minik avtomobili Zabrat-Maştağa yolundakı körpüdən aşaraq dəmir yolunun üstünə düşüb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb olunub.

Qəzaya səbəb kimi yolun sürüşkən olduğu göstərilir.

İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan var.