Zahid Oruc: "Cəmiyyətdaxili münasibətlər və yüz illərlə formalaşmış ənənələr dəyişməlidir"

  • By admin
  • 08 Dekabr 2016 18:04

Zahid Oruj

Sosial müdafiəyə ehtiyacı olan insanların təkcə maddi yardıma deyil, cəmiyyətə inteqrasiyası kimi ən böyük mənəvi məsələni həll etmək üçün bütövlükdə cəmiyyətdaxili münasibətlər və yüz illərlə formalaşmış ənənələr dəyişməlidir.

Gununsesi.info xəbr verir ki, bunu  millət vəkili Zahid Oruc  parlamentdəki çıxışında deyibş

O,  qeyd edib ki, Almaniyada 10 milyondan artıq əlilin olmasına baxmayaraq,onların 1 milyona qədəri daimi işlə təmin olunub:

“Halbuki Rusiyada həmin rəqəm 12 milyondur, əvəzində işlə təminat faizi hədsiz aşağıdır və keçmiş sovet idarəçiliyi dövründə belə ayrı-seçkilik mövcud deyildi. Əlbəttə,dövlətin çıxardığı 5 faizlik kvotanı Almaniyada da pozmağa çalışan şirkətlər və müəssisələr mövcuddur,onlar da hər vəchlə sosial məsuliyyətdən yayınmağa çalışırlar, lakin Qərb toplumunda fiziki natamamalıq səddi çoxdan aşlıb. Stiven Hokinq kimi Kainatın və Qalaktikanın sirlərini öyrənən görkəmli alimə Britaniyadakı münasibətə baxın. Yaxud, Bethovenin kar olması ona ölməz musiqi əsərlərini yaratmağa və milli iftixarın zirvəsinə qalxmağa mane olmamışdı. Həmçinin, Ruzveltin əlil arabası prezidentliyin yüksək məsuliyyətini daşımağa və birinci postu tutmağa qarşı Amerika xalqından hər hansı müqavimət göstərilməmişdi, çünki hər bir millətin mənəvi dəyəri onun əlillərə münasibəti ilə ölçülür”.

Prezident İlham Əliyevin son dərəcə böyük diqqət və önəm verdiyi əlillərin problemlərin həllində dövlətin gördüyü işlərlə yanaşı, “bizim hər birimiz çoxlu komplekslərdən azad olmalıyıq”- deyən deputat Z. Oruc əlillərə dövlət qayğısının nəticəsi olaraq tikilən binaları təqdir etməklə bərabər, çox həssas bir məqamı diqqətə çatdırıb.

O, qeyd edib ki,vahid bir binaya köçən əlillər mərtəbə və blok qonşusunun da özü kimi olduğunu görüncə, gərək olan anda tam sağlam adamların köməyindən özünü məhrum hiss edir, eləcə də bir qədər kənar mühitdə yaşadığına köklənir:

“Ona görə gələcəkdə mənzil təminatında həmin kateqoriyadan olan adamları digər vətəndaşlarımızın yaşadıqları binalarda məskunlaşdırmaq daha doğru olardı. Nə qədər ki, ictimai nəqliyyatda, yollarda, yaxud, təhsil məkanında,reabilitasiya mərkəzlərində arzu etdiyimiz şəraitin formalaşması üçün dövlətin tədbirlərinin davam etməsinə rəğmən, Qarabağ əlili olan şəxsi yüksək dövlət vəzifəsinə təyin etmək cəmiyyətdə formalaşmış bir sıra sədləri qırmağa kömək edir. Ulu Öndər Heydər Əliyev şəhid atasını Baş nazirin müavini təyin etmişdi, yaxud, bir icra hakimiyyəti başçısı Qarabağ əlillərinin nümayəndəsi olunca, nəinki Qarabağ müharibəsi iştirakçısı dövlətdən yüksək qiymət və etimad almış olur, eləcə də xalqda bərabərhüquqlu münasibətin formalaşması yolunda əvəzsiz nümunə yaranır”.

Gununsesi.info