Zahid Orucdan maraqlı təklif - NAZİRLƏRDƏN BİRİ QARABAĞ ƏLİLLƏRİNDƏN OLSUN

  • By admin
  • 23 Noyabr 2017 13:48

Azərbaycan neft ölkəsidir, bu parametrlərinə görə Ermənistanla müqayisə oluna bilməz.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc bildirib.

O təklif edib ki, nazirlərdən biri Qarabağ əlillərindən olsun ki, əlillərin problemini daha yaxşı anlasın. Həmçinin deputat təklif edib ki, şəhid və Qarabağ əlillərinə verilən müavinət artırılsın: ”Ermənistana Vigen Sarkisyan yeni müdafiə naziri təyin olunanda belə sistem yarandı ki, Qarabağda ölənlər üçün 20 min, əlil olanlar üçün 10 min vəsait ayrıldı. Azərbaycan dövlətinin imkanı var ki, şəhid və Qarabağ əlilləri üçün ayırdığı vəsaiti artırsın”.

Mürtəza

Gununsesi.info