Zakir Qaralov 5 rayonun sakinlərini qəbul edəcək

  • By admin
  • 20 Noyabr 2017 10:30

Baş prokuror Zakir QaralovBərdədə vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, qəbul noyabrın 24-də saat 10:00-da Bərdə rayon prokurorluğunun inzibati binasında həyata keçiriləcək. Qəbulda Mingəçevir şəhəri, Bərdə, Yevlax, Ağdaş, Ucar və Zərdab rayonlarında yaşayan vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Bərdə şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Gununsesi.info