Zavod rəhbərliyi iş zamanı barmaqlarını itirən işçiyə kompensasiya ödəmir - VİDEO

  • By admin
  • 26 Aprel 2017 21:40

is zamani barmaqlarini itirdi

On il əvvəl işdə barmağını itirən şəxs bunun əmək prosesi zamanı başına gəldiyini sübut etdirə bilmir.

Gununsesi.info-nun xezerxeber-ə istinadən verdiyi xəbərə görə, hadisə Sumqayıt sakini İftixar Ağayevin başına gəlib. O, 10 il əvvəl işlədiyi “Azbentonit” zavodunda 4 barmağını itirib.

İftixar Ağayev deyir ki, hadisədən sonra huşunu itirib. Onu zavodun əməkdaşları xəstəxanaya aparıblar. Həkimlərə bildiriblər ki, hadisə onun başına evdə şüşə kəsərkən gəlib.

İndi bu şəxs hüquqlarının bərpa olunmasını, bu hadisənin onun başına iş prosesi zamanı gəldiyini təsdiq edilməsini istəyir. Ancaq zavod rəhbərliyi bundan boyun qaçırır.

Məsələni araşdırmaq üçün hadisənin baş verdiyi ünvana getdik. Məlum oldu ki, zavodun adı bir müddətdir dəyişdirilib. Zavod indi ”Qarant” MMC adı altında fəaliyyət göstərir.

Şirkətdən bildirildi ki, İftixar Ağayev bu məsələ ilə bağlı bir neçə dəfə aidiyyatı orqanlara müraciət edib. Ancaq onun başına belə bir hadisənin zavodda iş qəzası zamanı gəldiyi təsdiqini tapmayıb. Yəni, həmin şəxsə zavod tərəfindən hər hansı kompensasiyanın verilməsindən söhbət gedə bilməz.

Ekspertlər deyirlər ki, İftixar Əliyev məsələ ilə bağlı yenidən məhkəməyə müraciət edə bilər. Bunun üçün onun yetərli dəlilləri və şahidləri olmalıdır. Əgər məhkəmə vasitəsi ilə onun sağlamlığına dəyən ziyan təsdiqini tapsa, bu zaman şirkət kompensasiya ödəməyə borcludur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Gununsesi.info