Zeynəb Xanlarova parlamentdə Rasim Balayevdən danışdı - "HƏKİM AKTYORA DƏRMAN YAZIB, ONU ALMAĞA PULU YOXDUR"

  • By admin
  • 17 Noyabr 2017 12:50

“Ataların bir sözü var. “Desəm öldürərlər, deməsəm ölləm”. Mən dinəcəm. Mədəniyyətimizə, incəsənətimizə böyük töhfələr verən Rasim Balayev haqqında danışmaq istəyirəm. O, elə bir sənətkardır ki, Babəki, Nəsimini yaradıb. Amma həkim aktyora dərman yazıb, onu almağa pulu yoxdur”. 

Gununsesi.info-nun verdiyi məlumata görə, bunu Milli Məclisin noyabrın 17-də keçirilən iclasında çıxış edən deputat Zeynəb Xanlarova deyib.

Deputat üzünü Mədəniyyət və Turizm, Səhiyyə nazirliklərinə tutaraq deyib: “Bunlar niyə bu məsələyə baxmırlar?! Artıq canda can qalmayıb. Niyə buna əncam qılmırlar?! Mən millətin adından xahiş edirəm ki, onunla məşğul olsunlar. Rasim Balayevin aldığı pul nədir ki, dərmanlara versin? Mən xahiş edirəm Oqtay müəllim, siz də, bizim hamımız da bu böyük sənətkara kömək olaq”.

Gununsesi.info