Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018

17 İyul 2017 - 15:14

Zığ-Hövsan yolunda 3 yerüstü piyada keçidi inşa edilir- FOTOLAR

kecid_170717__(1)

Piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Zığ-Hövsan avtomobil yolunda 3 yerüstü piyada keçidi inşa edilir.

Gununsesi.info-ya “Azəravtoyol”dan verilən məlumata görə, yeni piyada keçidləri sözügeən yolun 1.8, 2.7 və 4.4-cü km-lik hissələrində yerləşir. Keçidlərin hər birinin uzunluqları 41.2 metr, qalereyasının eni 3.8 metr, hündürlüyü isə 3 metrdir. Üstü bağlı və 2 aşırımlı (orta dayaqlı) olan keçidlərin yol səthindən hündürlüyü 5.7 metr təşkil edir. Metal konstruksiyalı piyada keçidləri dəmir-beton dayaqlar üzərində qurulub.

“Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan işlər çərçivəsində hər 3 keçidin ətrafında avtobus dayanacağı quraşdırılacaq, sərnişin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələr yaradılacaq, ərazidə lazımi yol nişanları quraşdırılacaq.

Keçidlərin tikintisi ilə piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsi və avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkəti təmin olunacaq.