Zimbabvedə nümayişlər başlayıb

  • By admin
  • 18 Noyabr 2017 15:32

Zimbabvenin paytaxt küçələrində bu gün etiraz aksiyaları başlayıb.

Gununsesi.info xəbər verir ki, uzun illərdir ölkəni idarə edən Robert Muqabe hakimiyyətindən narazı insanlar onun istefasını tələb edirlər.

Etirazçılar dinc nümayiş keçirirlər.

Qeyd edək ki, noyabrın 14-də axşam saatlarında hərbçilər ölkədə əsas obyektləri nəzarət altına alıblar. Növbəti gün Muqabe və onun xanımı Qreys saxlanılıb.

Bundan sonra R.Muqabe istefa verməyəcəyini və seçki keçirilməsini tələb edib.

Gununsesi.info