“Zirə”-“İnter” matçı başa çatıb - 1-1

  • By admin
  • 23 Sentyabr 2017 22:30

20150824073809_74342

Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində daha bir oyun keçirilib.

Gununsesi.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, “Zirə” öz meydanında “İnter”i qəbul edib.

“İnter” matçın ilk hissəsində hesabı açsa da, bu üstünlüyünü sona qədər qoruya bilməyib. “İnter” əvvəlcə azlıqda qalıb, daha sonra qapısında qol görüb.

Beləliklə, oyun 1:1 hesabı ilə başa çatıb.

6 turdan sonra xalını 14-ə çatdıran və məğlubiyyət üzü görməyən “Zirə” ikinci pillədə qərarlaşıb. “İnter” isə 8 xal 4-cü pillədədir.

“Zirə” – “İnter” – 1:1

Qol: Sertan Taşkın, 21 (0:1), Yovan Krneta, 67 (1:1)

Qırmızı vərəqə: İlkin Qırtımov, 43 (“İnter”)

Gununsesi.info