“Zirə” UEFA Avropa Liqasında mübarizəni dayandırdı

  • By admin
  • 21 İyul 2017 00:55

uefa_23fgjt5786767

Bakının “Zirə” futbol klubu UEFA Avropa Liqası yarışlarında mübarizəni dayandırıb.

Gununsesi.info xəbər verir ki, iyulun 20-də Bakı təmsilçisi turnirin ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Astra”nı (Rumıniya) qəbul edib.

“Dalğa Arena”da keçirilən matçın 5-ci dəqiqəsində “Zirə” hesabı açmağa yaxın olsa da, Riçard Qadzenin vurduğu top qapının yanından keçib. Matçın 17-ci dəqiqəsində “Zirə”nin futbolçusu Kervens Belfortun zərbəsini rəqib komandanın oyunçuları dəf ediblər. Komandaların səylərinə baxmayaraq, görüşün birinci hissəsində hesab açılmayıb.

Matçın ikinci hissəsi də eyni ssenari üzrə davam edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb.

Komandalar arasında bir həftə əvvəl Rumıniyada təşkil olunan ilk görüşdə “Astra” 3:1 hesabı ilə qalib gəlib. İki oyunun nəticəsinə görə, “Zirə” UEFA Avropa Liqası yarışlarında mübarizəni dayandırıb.

Gununsesi.info