
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 1-də saat 11:00-da Şəki şəhərində vətəndaşları qəbul edəcək.
Nazirlikdən Gununsesi.info-ya bildiriblər ki, S.Rəhman adına Şəki Dövlət Dram Teatrında (M.Ə.Rəsulzadə prospekti, 174) keçiriləcək qəbulda Şəki şəhəri, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt – 147) və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.
Gununsesi.info