“Əbülfəs Qarayevlə bağlı konkret nəticələr olacaq…” - FƏZAİL AĞAMALI

  • By admin
  • 14 May 2020 14:07
“Mədəniyyət Nazirliyində baş verən biabırçılıqda, neqativ hadisələrdə Əbülfəs Qarayevin yeri və rolu şəxsidir”.
Gununsesi.org xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasımda Milli Məclisin deputatı Fəzail Ağamalı Mədəniyyət naziri Əbülfəs Qarayevin istefa verib-verməyəcəyi ilə bağlı aparılan müzakirələrdən danışarkən deyib.
Deputat bildirib ki, Əbülfəs Qarayevlə bağlı konkret nəticələr olacaq:
“Mən bu məsələlərlə bağlı dəfələrlə fikrimi bildirmişəm və bunu biabırçılıq adlandırmışam. Olanlar ciddi qanun pozuntusudur. Hazırda istintaq gedir. Əgır rəhbərlik etdiyi qurumda bu cür hallar varsa və nazir ondan xəbərsizdirsə, onda Qarayev orada niyə nazirdir? Əgər nazirlikdə gedən rüşvətxorluqdan, korrupsiya hallarından xəbəri yoxdursa, deməli o, bu vəzifəyə layiq deyil. Əgər xəbəri yoxdursa, onda sual yaranır: orada nəylə məşğul olub? İkincisi, kifayət qədər təcrübəsi olan Əbülfəs Qarayevin bu proseslərdən kənarda qalmasını güman etmirəm”.
Gununsesi.org