Əbülfəz Məlikovun həbs müddəti uzadıldı

  • By admin
  • 10 Oktyabr 2022 13:53

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Gununsesi.info xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən iclasda təqdimat təmin edilib.

Qərara əsasən, Əbülfəz Məlikovun həbs müddəti 2 ay uzadılıb.

Qeyd edək ki, şirkət rəhbəri Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.

Əbülfəz Məlikov Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma – xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.

Gununsesi.info