Əbülfəz Qarayevdən yeni təyinatlar

  • By admin
  • 14 Sentyabr 2016 15:20

ebulfez

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əmrinə əsasən şəbəkəyə daxil olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialının müdiri vəzifəsinə Məmmədova Yeganə Qüdrət qızı və V.Mustafazadə adına mədəniyyət mərkəzinin direktoru vəzifəsinə İbrahimova Afət Tofiq qızı təyin olunublar.

HTML tutorial

Bu barədə İdarədən Gununsesi.info-ya verilən məlumatda deyilir.

Həmçinin, R.Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə Nuriyeva Gülara Vahid qızı təyin edilib.

Təyinatlar mədəniyyət ocaqlarında yeni iş sisteminin qurulması və gücləndirilməsi üçün həyata keçirilir.

Gununsesi.info