Əcnəbilər “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala biləcəklər

  • By admin
  • 14 İyun 2016 12:52

 

ASAN VIZA

HTML tutorial

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala biləcəklər. Gununsesi.info xəbər verir ki, bu məsələ Milli Məclisin növbədənkənar sessiyasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləyə dəyişiklikdə öz əksini tapıb. Məcəllənin 38-ci madəsinə edilən dəyişikliyə əsasən elektron vizalar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər. Elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Elektron viza siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir. Elektron viza pasporta yapışdırılmır və əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən çap edilərək Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportla və geri qayıdış bileti ilə birgə təqdim olunur. Dövlət sərhədinin buraxılış məntəqəsindən keçərkən pasportda şəxsin Azərbaycan Respublikasının ərazisinə daxil olması və Azərbaycan Respublikasının ərazisini tərk etməsi barədə qeyd aparılır. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər yalnız Azərbaycan Respublikasının ərazisini tərk etdikdən sonra yeni elektron vizanın alınması üçün müraciət edə bilərlər. Məcəlləyə dəyişiklik müzakirələrdən sonra qəbul edildi.

Mürtəza