Ədəbiyyat üzrə Nobel mükafatı musiqiçiyə verildi

  • By admin
  • 13 Oktyabr 2016 16:26

nobel

İsveç Akademiyası ədəbiyyat nominasiyası üzrə Nobel mükafatının qalibini elan edib.

Gununsesi.info “ Vatan” qəzetinə istinadən xəbər verir ki, 2016-ci il ədəbiyyat üzrə Nobel mükafatına 75 yaşlı amerikalı musiqiçi dünyada Bob Dylan kimi tanınan Robert Allen Zimmerma layiq görülüb.

Dünyada ədəbiyyat nominasiyası üzrə Nobel mükafatına məhz Bob Dylanın layiq görülməsi bir sürpriz olaraq qiymətləndirilib.

Bunula yanaşı Bob Dylan 8 milyon İsveç kronu dəyərində pul mükafatının da sahibi olub.
Anar
Gununsesi.info