Gununsesi.info RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Miqrasiya üzrə Beynəlxalq Təşkilatın mətbuat katibi Leonard Doyl məlumat yayıb.
“Təşkilatın əməkdaşları batmış 46 miqrantın cəsədi barədə xəbər veriblər. Onlardan 37-i kişi, 9-u qadındır. Daha 16 nəfər itkin düşüb. Lakin ehtimal edirik ki, onlar da həlak olub”, – deyə o bildirib.
Təşkilatın məlumatına görə, çərşənbə günü Somalinin Bosaso limanında qaçaqmalçıların qayığında Efiopiyadan 100 miqrant olub. Onlardan 83-ü kişi, 17-i qadın imiş. Miqrantlar Yəmənə iş axtarmağa gedib.