Ədliyyə Nazirliyi 2 min 371 nəfər işçi elanı verdi

  • By admin
  • 20 Avqust 2016 12:23

 9447008

Türrkiyə Ədliyyə Nazirliyində 2 min 371 nəfər işçiyə ehtiyac var.

Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu haqda nazirliyin saytında elan verilib. Belə ki,  elana görə, nazirliyin  zabit katibi, mübaşir, texniki kadr, qızdırıcı, sürücü və aşbaz heyətləri üçün 2 min 371 personala ehtiyac var. 

 Bunlardan  2 min 161 nəfəri  müqavilə əsasında, 210 nəfəri  isə heyətli olaraq məşğulluğa alınacaq.Müraciətlərdə lisey məzunları üçün 2016-ci ilin Cəmiyyət Personal Seçmə İmtahanında (KPSS-2016) KPSSP3, le-iseyədək olan məzunlar  üçün 2014-ci ilin Cəmiyyət Personal Seçmə İmtahanında (KPSS-2014) KPSSP93, orta təhsilli məzunlar üçün 2014-ci ilin Cəmiyyət Personal Seçmə İmtahanında (KPSS-2014) KPSSP94  bal növündən 70 və daha yuxarı bal yığmaq şərti əsas götürüləcək. 

Müraciətlər avqustun 22-dən  sentyabrın 5-dək  qəbul ediləcək.

Gülnaz Qənbərli

Gununsesi.info