
“Avropa Şurası Monitorinq Komitəsinin həmməruzəçilərinin Azərbaycanın Penitensiar Müəssisələrdə monitorinq aparmaq və orada ayrı-ayrı şəxslərlə görüşmək barədə Ədliyyə Nazirliyinə hər hansı müraciət daxil edilməyib”.
Bu barədə Gununsesi.info-nun sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd edək ki, AŞPA Azərbaycan-nın nümayəndə heyətininin bu qurumdan kənarlaşdırılmasına əsas gətirdiyi səbəblərdən biri də bu göstərilib.
AŞPA üzvü Frank Şvabe sessiyada çıxışı zamanı deyib ki, qurum rəsmilərinin həbsdə olan siyası məhbuslara baş çəkməsinə icazə verilməyib.
Lakin Ədliyyə Nazirliyi bildirir ki, AŞPA rəsmiləri dəfələrlə Azərbaycanın cəzaçəkmə müəssisələrində olub.
“Ancaq bu dəfə bizə hər hansı bir müraciət daxil olmayıb, ona görə də hansı qadağan söhbət getməsini anlamırıq” – deyə nazirlikdən bildirilib.
İlhamə
Gununsesi.info