Bir neçə gün əvvəl Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinin icrq olunmamaaı barədə təqdim etdiyimiz şikayət xarakterli materiala Ədliyyə Nazirliyi reaksiya verib.
Nazirliyin açıqlmasında iddia olunub ki, həmin şəxslır məcburi köçkün olduğundan iş üzrə icra dayandırılıb.
Belə ki, Səfərəliyev Rauf Asif oğlu və qardaşı Səfərəliyev Ramil Asif oğlu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1037/10 saylı, 13.05.2010-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrasından yayınan icra məmurları barədə jurnalist sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin vəzifəli şəxsləri bildirmişdir ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 01.07.2004-cü il tarixli sərəncamına əsasən icra işi üzrə icraat dayandırılmışdır. Bundan başqa həmin sərəncamın 2-ci bəndinə əsasən onların mənzildən çıxarılması qeyri-mümkündür.
Görünür ki, yazdığımız şikayəti başdan sona kimi oxuyan olmayıb, ona görə də Ədliyyə Nazirliyi tərəfinizdən ənənəvi cavab verilib. Təkrar 10 səhifə əsaslandırma yazmaq istəmirik.
Aşağıda qeyd olunanları diqqətlə oxuyun.
İlk növbədə onu diqqətinizə çatdırırıq ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1037/10 saylı, 13.05.2010-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə və onun əsasında verilmiş icra sənədinə əsasən Fərəcov Kamal İldırım oğlu, Fərəcova Güllər Kamal qızı və Hacıyeva Dünyaxanım Rafiq qızının Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 3, mənzil 69-dan çıxarılması qət edilmişdir.
Niyə icra hakimiyyəti orqanlarının problemini vətəndaşların üzərinə yıxırsınız?
Ola bilər ki, Fərəcova Güllərdən qorxursunuz, ancaq qanunu düzgün tətbiq etməyi bacarsanız və ya bu işdə maddi maraq güdən olmasa bu qətnamə çoxdan icra edilərdi.
Qətiyyətlə bildiririk ki, bu problemlərin bizə aidiyyəti yoxdur. Güllərin evi yoxdursa getsin küçədə yaşasın! Əgər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardırsa, bunu icra etmək sizin vəzifənizdir. İcra edə bilmirsinizsə, əsaslandırılmış qaydada müvafiq prosessual hərəkətlər edin. İcra haqqında qanunun tələblərini öyrədəsi deyilik.
Qətnamə icra edilmirsə deməli icra məmurunun hərəkətsizliyi var, hərəkətsizlik varsa mülkiyyətçiyə dəyən maddi ziyan var. 2010-cu ildən bəri bu sənəd icra olunmur,vətəndaşları aldatmayın, əsaslandırılmış cavab verin!!
Möhtərəm Prezident, İlham Əliyev cənabları bütün çıxışlarında qeyd edir ki, bütün dövlət məmurları xalqın xidmətciləridir, yəni xalqa xidmət etməlidirlər. Eyni zamanda qeyd edir ki, dövlət məmurları ilə bağlı hansı neqativ hal baş verirsə, dərhal bu barədə onu məlumatlandırmaq və ona yazılı müraciət etmək lazımdır.Biz iki valideynsiz tələbə isə müraciətlər etməkdən yorulmuşuq.